Korporativ satışlar üzrə menecer
Korporativ satış meneceri

- Employment type
- Full time
- Location
- Ağ şəhər, 2ci Yaşıl Ada küç.
🔥 KORPORATİV SATIŞLAR ÜZRƏ MENECER TƏCİLİ AXTARILIR!
Satış komandamızı genişləndiririk və satış etməyi bacaran, müştərilərlə ünsiyyəti sevən, iddialı və yüksək gəlir əldə etmək istəyən korporativ satışlar üzrə menecer axtarırıq.
Vəzifə öhdəlikləri:
— Korporativ müştərilərlə işləmək;
— Danışıqlar aparmaq və satış müqavilələri bağlamaq;
— Şirkətlərlə uzunmüddətli əməkdaşlıq münasibətləri qurmaq və inkişaf etdirmək;
— Yeni müştərilərin və tərəfdaşların axtarışı və cəlb edilməsi;
— Kommersiya təkliflərinin və qiymət hesablamalarının hazırlanması;
— Müştəriləri satış prosesinin bütün mərhələlərində müşayiət etmək;
— Satış planını yerinə yetirmək və satış dövriyyəsini artırmaq.
Mütləq tələblər:
— Mebel satışı sahəsində iş təcrübəsi;
— Mebel çeşidləri, materialları və texniki xüsusiyyətləri haqqında bilik;
— Ölçülər, spesifikasiyalar və hesablamalarla işləmək bacarığı;
— B2B satışları və danışıqların aparılması üzrə təcrübə;
— Etirazlarla işləmək və satışı uğurla yekunlaşdırmaq bacarığı;
— Səlis nitq və güclü ünsiyyət bacarıqları;
— CRM sistemləri və müştəri bazası ilə işləmək bacarığı.
Üstünlük hesab olunur:
— Ofis və kommersiya mebellərinin satışı üzrə təcrübə;
— Dizaynerlər, memarlar və korporativ sifarişçilərlə iş təcrübəsi;
— Tenderlərdə və korporativ satınalmalarda iştirak təcrübəsi.
Əsas bacarıqlar:
— Müştərilərin axtarışı və cəlb edilməsi
— Telefon danışıqlarının aparılması
— Kommersiya təkliflərinin hazırlanması
— Satışların planlaşdırılması
— Müqavilələrin bağlanması
— Müştərilərin konsultasiyası
— Aktiv satışlar
— Məsləhətəsaslı satışlar
— Soyuq satışlar
— İsti satışlar
— B2B satışları
— CRM sistemləri ilə işləmək
— İstehsal prosesinə nəzarət
— Tapşırıqların icrasına nəzarət
— Müştəri ehtiyaclarının müəyyən edilməsi
Dil bilikləri:
— Azərbaycan dili — C2 (mükəmməl)
— Rus dili — C2 (mükəmməl)
Biz nə təklif edirik?
✔️ Sabit əməkhaqqı + limitsiz faiz gəliri
✔️ Korporativ mobil rabitə və iş üçün bütün zəruri vasitələr
✔️ Güclü və peşəkar komanda
✔️ Təlim və inkişaf imkanları
✔️ Real karyera yüksəlişi
✔️ Nəticələrin həqiqətən qiymətləndirildiyi şirkətdə iş imkanı
Bizim üçün yalnız təcrübə və bacarıqlar deyil, həm də enerji, özünəinam, təşəbbüskarlıq və yüksək qazanc əldə etmək istəyi önəmlidir.
📌 Vacib qeyd: Vəzifənin spesifik xüsusiyyətlərini nəzərə alaraq, yalnız mebel sahəsində praktiki iş təcrübəsi olan namizədlərə baxılır. Mebel sahəsində təcrübəsi olmayan namizədlərin CV-ləri, təəssüf ki, bu vakansiya üzrə nəzərdən keçirilməyəcək.
Müraciət edərkən mebel sahəsindəki iş təcrübənizi əks etdirən aktual CV-nizi mütləq əlavə edin.
CV-siz müraciətlərə baxılmayacaq.
Əgər mebel satmağı bacarırsansa və bizimlə birlikdə inkişaf etməyə hazırsansa, CV-ni elə indi göndər! 🔥